Gürcüstanın müstəqil addımı Qərbi niyə qəzəbləndirib?

post-img

Almaniya Gürcüstanla münasibətlərə yenidən baxacaq. Bu barədə iyulun 10-da Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib. Diplomat daha sonra deyib: “Biz də Gürcüstanla münasibətlərimizi nəzərdən keçiririk. Gürcüstan qarşısında heç bir yeni öhdəlik götürməməyə qərar vermişik. Ona görə də, Almaniyadan yeni maliyyə öhdəlikləri olmayacaq. Hərbçilərimiz də “Layiqli tərəfdaş” təlimlərində iştirakdan imtina ediblər”. Fişer qeyd edib ki, Berlin 2023-cü ildə Tbilisidə keçirilmiş və bu ilin yayında Almaniyanın paytaxtında nəzərdə tutulan böyük hüquq forumunu ləğv edib. Berlin bundan sonrakı addımlarını da nəzərdən keçirir. 

Səfir Avropa İttifaqının (Aİ) Gürcüsta­nın üzvlük prosesini dayandırmaq qərarı­nı təsdiqləyib. O, Gürcüstan vətəndaşla­rını Aİ-nin onlar üçün nə demək olduğunu bir daha düşünməyə çağırıb. Diplomat təəssüf edib ki, Gürcüstanın Almaniya və Aİ ilə münasibətləri aşağı səviyyəyə düşüb.

Xatırladaq ki, Gürcüstanın ABŞ və Aİ ilə münasibətlərinin pozulmasına mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu səbəb olub. Prezident Salome Zurabişvili qanuna veto qoyub, lakin sonradan deputatlar səs çoxluğu ilə onu ləğv ediblər. Qanun iyunun 3-dən qüvvəyə minib. Bu məsələyə Aİ diplo­matiyasının rəhbəri Josep Borrell də münasibət bildirib. O deyib: “Xarici təsi­rin şəffaflığı haqqında” qanunun qəbulu Gürcüstanın Aİ-yə inteqrasiya prosesinə mənfi təsir göstərəcək”.

Bundan əvvəl isə ABŞ Gürcüstan vətəndaşına viza sanksiyaları tətbiq edib və məhdudiyyətləri genişləndirməyə ha­zır olduğunu bildirib. Bunu şərh edən Tbi­lisi meri Kaxa Kaladze deyib ki, ölkədə heç kim ABŞ sanksiyalarından qorxmur.

İyulun 8-də Vaşinqton Tbilisi ilə bü­tün əməkdaşlıq proqramlarını nəzərdən keçirəcəyini də açıqlayıb. Milli Təhlükə­sizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenterin sözlərinə görə, Gürcüstan son aylarda “Avroatlan­tik inteqrasiya perspektivləri baxımından” yanlış istiqamətdə irəliləyir.

PÜNHAN
XQ

Dünya