Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
2024–2025-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq məqsədilə sənəd qəbulu elan edir
050404 İqtisadiyyat
050402 Mühasibat uçotu və audit
050408 Marketinq
040503 Maliyyə
040510 Dövlət və bələdiyyə idarəetməsi
050807 Sosial iş
Təkrar ali təhsilə müraciət etmək üçün https://portal.edu.az/ saytından qeydiyyatdan keçərək müvafiq sənədləri təqdim etmək lazımdır.
https://portal.edu.az/ saytında qeydiyyatdan keçənlərlə qısa müddətdə (on beş iş günündən gec olmayaraq) əlaqə yaradılır. Əgər elektron qaydada yerləşdirilmiş sənədlər müvafiq tələblərə cavab verərsə, o zaman müraciətçi təkrar ali təhsil almaq hüququ qazanır. Təkrar ali təhsil almaq üçün müraciət edənləri maraqlandıran bütün suallar vaxtında və ətraflı cavablandırılır.
Təkrar ali təhsil üçün sənəd qəbulunun son tarixi 31 avqust 2024-cü ildir.
Telefonlar – 563-13-07, 563-15-40.
Ünvan – AZ 1130, Bakı şəhəri, Azadlıq prospekti 181.