Avropa İttifaqının yeni liderləri müəyyənləşib

post-img

Avropa İttifaqının (Aİ) dövlət və hökumət liderləri növbəti beş il ərzində bloka rəhbərlik edəcək namizədləri müəyyənləşdiriblər. Brüsseldə keçirilən sammitdə Aİ liderliyinə namizədlər seçilib. Məlumatı “Anadolu” verib. 

Avropa Komissiyasının sədri Ursula fon der Leyen öz vəzifəsini qoruyub. Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti təyin edilib, Estoniyanın baş naziri Kaya Kallas isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək.

Avropa Şurasının rəhbəri Şarl Mişel Ursula fon der Leyenə qarşıdakı 5 il üçün Avropa Komissiyasının sədri vəzifəsinin təklif edildiyini bildirib.

Kosta istisna olmaqla, digər namizədlər iyulun 16-da ilk iclası keçiriləcək Avropa Parlamentinin Baş Assambleyasından etimad səsi almalı olacaqlar.

P.ƏMİRCANOV
XQ

Dünya