Daha iki PKK terrorçusu zərərsizləşdirilib

post-img

Türkiyənin Batman şəhəri ətrafında “Bozdoğan-45” əməliyyatı çərçivəsində 2 PKK terrorçusu zərərsizləşdirilib. Məlumatı “Anadolu” verib. 

“Onlardan biri respublika Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olanların qırmızı siyahısındadır”, - deyə nazir Əli Yerlikaya bildirib.

O qeyd edib ki, zərərsizləşdirilən “Beritan Amara” (Sultan Dağ) və “Zeynep Cudy” (Zeynep Nibat) ləqəbli terrorçular 9 terror aktında iştirak ediblər. Bu zaman 6 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 19 nəfər yaralanıb.

Daxili işlər naziri onu da bildirib ki, Qurban bayramında antiterror əməliyyatı zamanı 11 yaraqlı zərərsizləşdirilib, onlardan ikisi qırmızı, dördü narıncı, ikisi isə boz siyahıdadır. 

 

P.ƏMİRCANOV

XQ

Dünya