Aİ ölkələri Rusiyanın aktivlərindən əldə olunan gəlirlərin Ukrayna üçün istifadəsi ilə bağlı razılığa gəliblər

post-img

Aİ ölkələri Rusiya Federasiyasının dondurulmuş xarici aktivlərindən əldə edilən gəlirlərin Qərb dövlətlərinin istifadəsinə dair razılığa gələ biliblər. RİA "Novosti" xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Aja Lyabib Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının Lüksemburqda keçirilən iclasından əvvəl deyib.

“Razılıq əldə olundu, biz Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri azad etmək üçün bu proses üçün kifayət qədər təhlükəsizlik təminatları üzərində razılaşdıq”, - o vurğulayıb.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin iyunun 24-də Aİ xarici işlər nazirlərinin görüşündə Rusiyanın aktivlərindən Ukraynaya yardım fonduna 1,4 milyard avroluq ilk tranş elan edəcəyi bildirilmişdi.

İyunun 21-də Avropa komissarı Valdis Dombrovskis bildirib ki, Ukrayna yayın sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən ilk tranş vəsaitini alacaq. O vurğulayıb ki, ilk növbədə diqqət bu vəsaitlərin Kiyevə hərbi dəstək üçün istifadəsinə yönəldiləcək.

Rusiya prezidenti Vladimir Putin bildirir ki, Qərbin Rusiya aktivlərini ələ keçirmək cəhdləri cəzasız qalmayacaq.

S.ELAY

XQ

Dünya