ABŞ Ukraynaya daha bir “Patriot” sistemi göndərmək istəyir

post-img

ABŞ Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, avropalı müttəfiqlər də öz ehtiyatlarından əlavə hava hücumundan müdafiə sistemləri göndərmək planları üzərində işləyirlər, onların sayı göstərilmir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşündə Xarkov vilayətini qorumaq üçün iki “Patriot” sistemi istəyib. Zelenski Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin təcili ehtiyacına diqqət çəkib, çünki onun fikrincə, hava hücumundan müdafiə sistemləri və vasitələri müdafiə qüvvələri üçün ən böyük çatışmazlıqdır.

Dünya