“Telegram”ın ən son “Beta” versiyasındakı kanallarda reklamları və digər yeni funksiyaları söndürmək imkanı olacaq.
“Telegram” kanallarının sahibləri 20 və daha yuxarı səviyyəyə çatdıqda messencerdə quraşdırılmış reklamları deaktiv edə biləcəklər. Bu, bütün abunəçilər üçün reklam blokunun nümayişini dayandıracaq.
Monetizasiya funksiyası kanal sahibləri üçün də təqdim ediləcək. Onlar gəlirlərin 50 faizini ala biləcəklər və ödənişlər TON kriptovalyutası ilə həyata keçiriləcək. Bu funksiya Azərbaycanın bütün bölgələrində işləməyəcək. Bundan əlavə, biznes hesabları yaradan istifadəçilər həm də söhbətlər üçün “giriş” əldə edə biləcəklər ki, bu da müştərilərin həmin hesabda yazmadan əvvəl görəcəkləri mesajdır.
Qeyd olunan funksiyaların “Android”, “iOS” və “PC”-də “Telegram”ın sabit quruluşlarında nə vaxt görünəcəyi hələ məlum deyil.
Rizvan FİKRƏTOĞLU
XQ