Putin bildirib ki, Rusiya nüvə müharibəsinə hazırdır

post-img

Hərbi-texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır. Bunu Rusiya prezidenti Vladimir Putin teleaparıcı Dmitri Kiselevə müsahibəsində deyib.

“Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Onlar (nüvə raketləri) daim bizimlədir, daim döyüş hazırlığı vəziyyətindədir”, - deyə Putin Rusiyanın həqiqətən nüvə müharibəsinə hazır olub-olmadığı sualına cavab verib.

Taktiki nüvə silahlarından danışan Rusiya prezidenti vurğulayıb ki, Ukraynaya qarşı müharibədə heç vaxt belə silahlardan istifadəyə ehtiyac olmayıb. Bunun onun ağlına belə bir fikrin gəlməməsi demək olub-olmaması ilə bağlı suala Putin belə cavab verib: “Xeyr, niyə axı?”

"Bizim öz prinsiplərimiz var. Onlar nədən danışırlar: biz silahdan, o cümlədən hər hansı silahdan, o cümlədən sizin dediyiniz silahdan istifadə etməyə hazırıq, əgər söhbət Rusiya dövlətinin mövcudluğundan, suverenliyimizə və müstəqilliyimizə ziyan vurmaqdan gedirsə. Bizim strategiyamızda hər şey yazılıb, biz onu dəyişməmişik", — Putin əlavə edib.

O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar bu gün öz nüvə qüvvələrini də inkişaf etdirir, lakin bu, onların müharibəyə başlamağa hazır olması demək deyil. Eyni zamanda, onun sözlərinə görə, ABŞ nüvə sınaqları keçirsə, Rusiyanın da bunu etməsi mümkündür.

S.ELAY

XQ

Dünya