Ryazan neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib

post-img

Qubernator Pavel Malkov deyib ki, Ryazan neft emalı zavodu pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Yanğın baş verib. Ən azı iki nəfərin xəstəxanaya yerləşdirildiyi məlumdur.

“Zərbə nəticəsində yanğın başlayıb. İlkin məlumata görə, ölənlər var. Mən hadisə yerindəyəm, bütün əməliyyat xidmətləri işləyir”, - P.Malkov "Telegram"da yazıb.

Ryazan üzrə vahid növbətçi dispetçer xidməti TASS-a bildirib ki, “neft qurğusunda yanğın” baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Ryazan təcili tibbi yardım xəstəxanasının təcili yardım şöbəsinin növbətçisi agentliyə bildirib ki, iki nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

RİA Novosti xəbər verir ki, Ryazan neft emalı zavodu istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə xüsusi xidmət maşınları gedir. Şəxsi nəqliyyat yol polisi əməkdaşları tərəfindən həyata keçirilir.

Martın 13-nə keçən gecə Voronej, Bryansk, Belqorod və Kursk vilayətləri PUA-ların hücumuna məruz qalıb. Voronej vilayətinin Buturlinovski rayonunda "infrastruktur obyektlərinə ziyan dəyə bilər" deyə yerli administrasiyanın rəhbəri Yuri Matuzov bildirib. Lipetsk vilayətinin qubernatoru İqor Artamonov bildirib ki, o, Lipetsk və Lipetsk vilayətinə “mümkün PUA-ların hücumu” barədə məlumat alır. Xəsarət alanlar barədə məlumat verilməyib.

S.ELAY

XQ

Dünya