Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb -VİDEO

post-img

"Reuters" xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi çərşənbə axşamı ölkənin qərbindəki Racastan əyalətində qəzaya uğrayıb. Bu, təyyarənin təxminən səkkiz il əvvəl istismara verilməsindən sonra ilk belə hadisədir.

Hərbi Hava Qüvvələrindən verilən açıqlamada pilotun sağ qaldığı bildirilir.

Sanskrit dilində "alov" və ya "parıltı" mənasını verən "Tejas" adlanan yüngül döyüş təyyarəsi Hindistanın sovet dövründən qalan hava donanmasını modernləşdirmək səylərinin bir hissəsi olaraq uzun gözləntidən sonra 2016-cı ildə istifadəyə verilib.

2021-ci ildə Hindistan hökuməti dövlətə məxsus "Hindustan Aeronautics Limited" şirkəti ilə 6 milyard dollar dəyərində 83 Tejas təyyarəsi üçün müqavilə imzalayıb.

S.ELAY

XQ


Dünya