İlin “Oskar” qalibləri

post-img

ABŞ Kino Sənəti Akademiyası ilin “Oskar” qaliblərini elan edib. Los-Ancelesdə keçirilən 96-cı mükafatlandırma mərasimində 23 nominasiya üzrə açıqlama verilib. 

Baş ən yaxşılar: “Ən yaxşı film” “Oppenhaymer” sayilıb. “Ən yaxşı aktyor” titulunu Killian Merfi (“Op­penhaymer”), “Ən yaxşı aktrisa” adını Emma Stoun (“Bəxtsiz”) qazanıblar. “Ən yaxşı mahnı” nominasiya­sında “Barbi”, “Ən yaxşı musiqi”də isə “Oppenhaymer” filmləri birinci olub.

Sonrakı ən yaxşılar: “Ən yaxşı ikinci plan kişi aktyoru” – Robert Dauni (“Oppenhaymer”); “Ən yaxşı ikinci plan qadın rolu” – Davayn Coy Randolf (“Artıq-ur­tuq”); “Ən yaxşı xarici film” – “Maraq zonası”; “Ən yaxşı uyğunlaşdırılmış ssenari” – “Amerika fantastikası”; “Ən yaxşı orijinal ssenari” – “Düşmə anatomiyası”; “Ən yax­şı animasiya filmi” – “Oğlan və quş”; “Ən yaxşı sənədli film” – “Mariupolda 20 gün”;

“Ən yaxşı orijinal sauntrek” - Lyudviq Qoransson (“Oppenhaymer”).

Texniki ən yaxşılar: “Ən yaxşı vizual effektlər” – “Godzilla: Mənfi Bir”; “Ən yaxşı montaj” – Cennifer Leym (“Oppenhaymer”); “Ən yaxşı səs” – “Maraq zo­nası”; “Ən yaxşı makiyaj və saç düzümü” – “Kasıblar və bədbəxtlər”; “Ən yaxşı kostyumlar” – Holli Uoddinqton (“Kasıblar və bədbəxtlər”); “Ən yaxşı istehsal dizaynı” – Şauna Hit, Ceyms Prays (“Kasıblar və bədbəxtlər”).

Kiçik ən yaxşılar: “Ən yaxşı qısametrajlı bədii film “Henri Şuqarın ecazkar hekayəsi”; “Ən yaxşı qı­sametrajlı animasiya filmi” – “Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb”; “Ən yaxşı qısametrajlı sənədli film” – “Son təmir sexi”.

XQ

Dünya