Rusiya Prezidenti Federal Məclisə müraciət edəcək

post-img

Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə illik müraciətlə çıxış edəcək. Məlumatı “İnterfaks.ru” verib. 

Strateji Təşəbbüslər Agentliyinin forumunda çıxış edən dövlət başçısı bildirib ki, müraciətdə ən azı növbəti 6 il üçün vəzifələr müəyyənləşəcək. Bununla belə, mesajın xüsusiyyətləri elan edilənə qədər ənənəvi olaraq gizli saxlanılır.

Qeyd edək ki, Rusiya Prezidenti hər il Federal Məclisə müraciət edir, orada ilin  nəticələrini yekunlaşdırır və gələcək üçün strateji istiqamətləri müəyyən edir. Dövlət Dumasının və Federasiya Şurasının üzvlərindən başqa, məclisdə bir qayda olaraq, regional liderlər, hökumət üzvləri, Mərkəzi Seçki Komissiyası, İctimai və Hesablama palataları, əsas konfessiyaların, dövlət şirkətlərinin nümayəndələri, jurnalistlər iştirak edirlər.

Bir gün əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bəzi xarici KİV nümayəndələrinin də çıxışı işıqlandıracağını bəyan edib.

P.ƏMİRCANOV
XQ

Dünya