Nikolay Rıjkov vəfat edib

post-img

SSRİ Nazirlər Sovetinin keçmiş rəhbəri Nikolay Rıjkov 95 yaşında vəfat edib. Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 

Matvienko deyib: “Gözəl və parlaq bir insan vəfat etdi - Nikolay İvanoviç Rıjkov. Dövrün adamı. Bənzərsiz taleyi olan insan və bənzərsiz miqyaslı dövlət xadimi. Və böyük ruh” .

Onun sözlərinə görə, Rıjkov həmişə işə, nəticəyə, xalqa və ölkəyə səmimi və dərin qayğı ilə yanaşmış, bu yolda öz canından keçirmişdir.

"Konstitusiyamızda zəhmətkeşə hörmətlə bağlı bir ifadə yazılıb. Deməli, mənim üçün Nikolay İvanoviç "zəhmətkeşin” ən bariz nümunəsidir. Vicdanlı, fədakar və məsuliyyətli. Yolunun bütün mərhələlərində - zavoddan Dövlət Plan Komitəsinə və SSRİ Nazirlər Sovetinin rəhbərliyinə qədər. O, məhz “əmək adamı idi. Və öz əməyi ilə şərəf, hörmət və əminəm ki, tarixdə layiqli yer qazandı”, –  Federasiya Şurasının spikeri qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya