Almaniyanın “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Papperger yerli mətbuata bildirib ki, Ukraynanın mərmilərə olan ehtiyacı Almaniyanın istehsal imkanlarını üstələyir.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə ildə iki milyondan çox mərmi lazımdır, Almaniya istehsalı bu ehtiyacları ödəyə bilməz. Papperger vurğulayıb ki, Almaniya öz ehtiyatlarını ödəmək üçün on-on beş il vaxt lazımdır.
"Ümumilikdə, biz 2025-ci ilə qədər ildə 700 minə qədər artilleriya mərmisi istehsal etmək istəyirik", - deyə A.Papperger bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ

