Neptun – ən uzaq, mavi planet

post-img

Neptun Günəşdən ən uzaq planetdir. Yer­dən onu adi gözlə müşahidə etmək mümkün deyil. Bu uzaq mavi planetin zəif halqaları, çoxsaylı peykləri var və bərk səthi yoxdur. O, Yerdən daha sürətli fırlanır. Bir Neptun günü orta hesabla Yerin 16 saatına bərabərdir. Ek­vatorda bu göstərici 18 saat, qütblərdə isə 12 saatdır. Neptun həm də Günəş sistemindəki iki buzlu planetdən (Uran) biridir. Temperaturu isə –214 C dərəcədir. Bu qaz nəhənginin kütlə­si planetimizin 17 qatına bərabərdir.

Bu planet haqqında çox az şey məlumdur, çünki onun ərazisinə eniş etmək çox çətindir. Nep­tunu ziyarət edən yeganə kosmik gəmi “Voyager 2” olub. Onun planetə uçuşu 12 il çəkib. Qeyd edək ki, NASA-nın “New Horizons” kosmik gəmisi 8 illik səyahətdən sonra Plutona uçarkən Neptu­nun orbitini keçib.

Neptunun səthində güclü küləklər olur. Küləyin sürəti saatda təxminən 2100 kilometrə çatır. Nep­tun Günəşdən çox uzaqda olduğu üçün ən soyuq planetdir. 

Bundan başqa, bu planet Günəşdən ən uzaq­da olduğu üçün ən uzun orbital dövrə malikdir. Onun bir ili 164,8 Yer ili qədərdir. Planet 1846-cı ildə kəşf edilib.

P.ƏFƏNDİ
XQ

Dünya