3-cü boksçumuz da Dünya çempionatına qələbə ilə başlayıb

post-img

İngiltərənin Liverpul şəhərində keçirilən kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından bildirilib ki, mundialın ikinci günündə millimizin daha bir üzvü mərhələ adlayıb. Sübhan Mamedov (50 kiloqram) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kiloqram) Səidcəmşid Cəfərov (75 kiloqram) da mərhələ adlayıb.

Qabil YUSİFOĞLU
XQ

İdman