Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi idman və biznes sahəsinin dünyaca nüfuzlu tədbiri olan “SportAccord”un keçiriləcəyi tarix müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə “SportAccord”un prezidenti Prof. Dr. Uğur Erdener tədbirlə bağlı keçirilən təqdimat mərasimində məlumat verib. Tədbir mayın 24-28-də təşkil olunacaq.
Tədbirdə idman federasiyalarının prezidentləri və nümayəndələri, əməkdaşlıq etdikləri qurumların üzləri iştirak edəcəklər.