"iPhone 17"nin əsas dizayn sirri

post-img

"Apple" şirkətinin "iPhone 17" seriyasının təqdimatına sayılı günlər qalmış, "Pro" modellərinə aid əsas dizayn sirri nəhayət üzə çıxıb. Bu barədə "MacRumors" nəşri məlumat yayıb.

"Apple" məhsulları ilə bağlı dəqiq proqnozları ilə tanınan məşhur insayder və "Bloomberg" agentliyinin müxbiri Mark Qurman əsas sirri açıqlayıb. Onun sözlərinə görə, "iPhone 17 Pro" modellərində korpusun aşağı üçdə iki hissəsində yeni kəsik olacaq. Bu kəsik simsiz enerji doldurma zonası kimi fəaliyyət göstərəcək.

XQ

Maraqlı