Gün yağmursuz, lakin dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. 

Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütu­nuna enəcək, nisbi rütubət 75-65 faiz olacaq. Azərbaycanın rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17°, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var. 

Q. QASIMOV
XQ

Ekologiya