RF-nin Ermənistandakı səfiri: Cənubi Qafqazın firavanlığı Rusiyanın maraqlarına uyğundur

post-img

Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün çalışıb və çalışır. Bu barədə yanvarın 19-da Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib. Xəbəri “İzvestiya.ru” verib. 

“Rusiya qəti şəkildə bu prosesə maksimum dərəcədə mümkün, lazım olan yardımı göstərməyə sadiqdir. Təbii ki, bu, tərəflərdən (Ermənistan və Azərbaycan - red.) asılıdır, bu, onların suveren məsələsidir”, - deyə o, RİA Novosti-yə müsahibəsində bildirib.

Bundan əlavə, səfir İrəvan və Bakının yaxınlaşması üçün Moskvanın fəal iştirakı ilə yaradılmış xüsusi üçtərəfli strukturların xüsusi əhəmiyyətini də qeyd edib. Kopırkinin vurğuladığı kimi, Cənubi Qafqazın dinc və firavan region olması Rusiyanın maraqlarına uyğundur.

 

P.ƏMİRCANOV

XQ

Dünya