NATO onilliklər ərzində Avropada ən böyük təlimini keçirəcək

post-img

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Kristofer Kavoli bildirib ki, gələn həftə alyans son onilliklərin ən böyük təlimi olan “Sabit Müdafiəçi 2024”ə başlayacaq. Cənab Kavoli əlavə edib ki, təlim may ayına qədər davam edəcək və təxminən 90 min hərbçi iştirak edəcək. Bu barədə "Reuters" xəbər verir. Təlimlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək.

NATO-nun milli müdafiə rəislərinin iki günlük iclasından sonra Brüsseldə jurnalistlərə açıqlamasında baş komandanın sözlərinə görə, təlimlərdə NATO ölkələrinin silahlı qüvvələri ilə yanaşı, İsveç hərbi qulluqçuları da iştirak edəcək.

Bundan əvvəl Şimali Atlantika Alyansının hərbi komitəsinin rəhbəri Rob Bauer bildirmişdi ki, “Sabit müdafiəçi” təlimləri Rusiyanın NATO-nun şərq cinahında mümkün işğalını həyata keçirmək məqsədi daşıyır. 

"Financial Times" planlaşdırılmış təlimi "soyuq müharibə"dən bəri ən böyük təlim adlandırıb. Nəşrin mənbələri iddia edirdilər ki, NATO hərbçiləri təlimlər zamanı 500-700 uçuş həyata keçirəcək və ən azı 50 döyüş gəmisi təlimlərdə iştirak edəcək.

S.ELAY

XQ

 

Dünya