ABŞ prezidentlik yarışının aktiv mərhələsinə qədəm qoyur

post-img

Artıq bu ay ABŞ-da noyabrda keçiriləcək seçkilərdə iki əsas partiyanın - Demokrat və Respublikaçıların prezidentliyə irəli sürdüyü namizədlər üçün partiyadaxili səsvermə başlayacaq. Hər iki siyasi qüvvənin digər partiya üzvlərini xeyli qabaqlayan namizədləri var. Respublikaçılar üçün bu, qalmaqallı açıqlamalarına və dörd müxtəlif cinayət işi üzrə 90-dan çox ittihama baxmayaraq, populyarlığını qoruyub saxlaya bilən ekssentrik 77 yaşlı sabiq prezident Donald Trampdır. Demokratlar düşərgəsində lider 81 yaşlı hazırkı prezident Co Baydendir.

İki siyasətçinin partiya dəstəyini müqayisə etsək, aydın olur ki, Co Baydenin üstünlüyü var. “RealClearPolitics”in anket nəticələrinə görə, seçkilərdə demokrat seçicilərin təxminən 70 faizi Co Baydeni dəstəkləməyə hazırdır. Respublikaçılar cəbhəsində isə Donald Tramp irəlidədir.  Seçicilərin 63 faizi sabiq prezidenti dəstəkləyir. Ancaq noyabr ayında keçiriləcək seçkilərdə Tramp ilə potensial dueldə hazırkı prezident, anketlərin ortalama məlumatlarına görə, rəqibindən iki faiz bəndi geri qalır. Tanınmış tarixçi və iqtisadçı Neil Fergusona görə, seçki öncəsi demokratlar arasında Co Baydenlə bağlı "geniş narahatlıq" var: "O, bu iş üçün çox yaşlıdır, hamı bunu bilir". Buna görə də, Ferguson düşünür ki, demokratlar Baydenlə qalsalar, Trampın qalib gəlmə şansı 50 faiz olacaq.

Sorğular da belə düşünməyə əsas verir. Məsələn, “McLaughlin & Associates”in sorğusuna əsasən, respondentlərin 47 faizi Ağ Evin sabiq rəhbərinə, 44 faizi isə Baydenə səs verməyə hazırdır. “Hart Research Associates/Public Opinion Strategies”in araşdırmasında isə fərq daha da genişdir. Burada Tramp rəqibini  6 faiz qabaqlayır. Bundan əlavə, “Morning Consult” sorğusunun nəticələrinə görə, respublikaçı namizədə amerikalıların 47 faizi müsbət, 49 faizi isə mənfi yanaşır. Co Bayden daha pis nəticəyə malikdir, seçicilərin 45 faizi ona müsbət,  51 faizi isə mənfi yanaşdığını açıqlayır. Demək olmaz ki, amerikalılar hər iki namizədə güclü rəğbət bəsləyirlər, sadəcə, seçicilər hələ də Donalda Trampa bir az daha yaxşı münasibət göstərirlər.

Ekspertlər eyni fikirdədirlər ki, nəzəri cəhətdən respublikaçının seçkidə qalib gəlmək şansı var. Məsələn, amerikalı politoloq Malek Dudakov hesab edir ki, hazırda Tramp seçki yarışının aşkar lideridir. “Tramp son 20 sorğunun 16-da Baydeni qabaqlayır və onun ABŞ prezidenti üzərindəki üstünlüyü getdikcə artır. Əvvəlcə təxminən 1-2 faiz idi, indi isə 4-5 faiz təşkildir. Yəni, yaxın gələcəkdə seçkilər keçirilsəydi, Tramp böyük ehtimalla seçkilərdə qalib gələcəkdi. Lakin səsverməyə hələ 11 ay var, ona görə də vəziyyət dəyişə bilər”. Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev bu mövqe ilə razılaşır. Onun sözlərinə görə, keçmiş kampaniyalardakı kimi normal seçki prosesindən danışsaydıq, Tramp seçkidə qalib gələrdi: “Trampın Ağ Evə qayıtmaq şansı var. Ancaq məsələ ondadır ki, indiki vəziyyətdə normal proses olmaya bilər. Seçki kampaniyası dövründə ölkədə kütləvi iğtişaşların və tam xaosun yaşanması mümkündür”. Ekspert əlavə edir ki, demokratlar seçkinin nəticələrini tanımaya bilər və Trampı fiziki olaraq Ağ Evə buraxmayacaqlar”.

Trampın üstünlüyündə təkcə Respublikaçılar Partiyası daxilindəki dəstək və ya ümumilikdə seçicilər arasında rəy mühüm rol oynamır. 2023-cü ilin yayından bəri siyasətçi bir sıra cinayət ittihamları ilə üzləşir, o cümlədən son seçkinin nəticələrini ləğv etmək cəhdi və üç il əvvəl tərəfdarlarının Kapitoliyə hücumu ilə bağlı ittihamlarla qarşı-qarşıyadır. Dekabr ayına qədər siyahı onun Koloradoda ilkin seçkidən kənarlaşdırılmasını əlavə etdi ki, bu da onun bütövlükdə seçkilərdə iştirakını təhlükə altına qoya bilər. Dekabr ayına qədər bu siyahıya Koloradodakı praymerizdən kənarlaşdırılması da əlavə edildi ki, bu da ümumilikdə onun seçkilərdə iştirakını təhlükə altına ala bilər.

Amerika mediasında belə bir fikir var ki, bütün bunlar yalnız Trampa kömək edir- medianın müstəsna diqqəti və daxili ziddiyyətlərə baxmayaraq, respublikaçıların onun ətrafında faktiki birləşməsi sayəsində sabiq prezidentə dəstək artır. Bu versiya qismən siyasətçinin reytinqinin artması və Respublikaçılar Partiyasındakı üstünlüyü ilə təsdiqlənir. Politoloq Malek Dudakovun nöqteyi-nəzərindən ittihamlar siyasətçi üçün ciddi bir təhlükə ola bilər. Ekspert əlavə edib ki, hətta həbs olunmaqdan qaçmağı və Kolorado Ali Məhkəməsinin ilkin seçki qərarına etiraz etməyi bacarsa belə, sabiq president üçün təhlükə yenə də qalır: “Trampla bağlı məhkəmə çəkişmələri böyüyə bilər. 2024-cü ilin mart-aprel aylarında baxılacaq dörd cinayət işi respublikaçı namizədə problemlər yaradacaq. Bundan əlavə, bir sıra ştatlarda onu səsvermədən kənarlaşdırmağa çalışırlar. İkinci çəkişmə, yəqin ki, Trampın xeyrinə həll olunacaq, lakin bütün bu hüquqi mübarizələr istənilən halda enerji, pul və vaxt tələb edir”.

Eyni zamanda, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutundan Vladimir Vasiliev Trampın Ağ Evə gedən yolunda üç əsas maneəni müəyyən edib. Onun sözlərinə görə, bu, ilk növbədə Kolorado Ali Məhkəməsinin qərarına aiddir: “Tramp ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti verib və bu işin bütövlükdə baxılmaq üçün qəbul edilib-edilmədiyi və qərarın nə olacağı hələ məlum deyil. Nəticədən çox şey asılıdır. Məsələn, ABŞ Ali Məhkəməsi işə baxmazsa, Koloradodan sonra Trampı praymerizdən kənarlaşdırmağa hazır olan daha 20 demokratik ştat var. Buna cavab olaraq, onlarla respublikaçı bölgə ABŞ prezidenti Co Baydenə münasibətdə eyni şeyi edəcək. Və proses, necə deyərlər, baş alıb gedəcək”.

S.ELAY

XQ

XQ

Dünya