ABŞ Ukraynaya əlavə hərbi yardım edir

post-img

"Amerikanın Səsi" xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya yeni – bu il yekun hərbi yardım paketi ayırdığını elan edib.

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü verdiyi açıqlamada "Bizim köməyimiz Ukraynalı tərəfdaşlarımıza öz ölkələrini və Rusiyanın təcavüzündən azad olmalarını müdafiə etmək üçün çox vacibdir" deyib.

Paketə 250 milyon dollara qədər silah və texnika daxildir.

Söhbət xüsusilə hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı və digər komponentlərdən, yüksək mobil artilleriya raket sistemləri üçün əlavə döyüş sursatlarından, 155 mm və 105 mm-lik artilleriya mərmilərindən, tank əleyhinə döyüş sursatlarından, həmçinin 15 milyondan çox patrondan gedir.

50-dən çox ölkənin daxil olduğu koalisiya Ukrayna qoşunlarına həyati dəstək verməyə davam edir.

ABŞ dövlət katibinin bəyanatında deyilir: “Konqresin milli təhlükəsizlik maraqlarımızı qorumaq və Ukraynaya özünü müdafiə etmək və gələcəyini təmin etmək üçün mümkün qədər tez bir zamanda hərəkətə keçməsi son dərəcə vacibdir.

XQ

Dünya