Yer kürəsi ən bahalı planetdir

post-img

Amerikalı astrofizik Qreq Laflinin ağlına maraqlı fikir gəlib. O hesab edir ki, Günəş sistemi planetlərinin kütləsi və onla­rın ölçüləri artıq heç kimə maraqlı deyil, lakin pul baxımından dəyəri yeni və aktualdır. Alim araşdırmalar nəticəsində belə qə­naətə gəlib ki, Yer planetlərin arasında ən bahalısıdır.

O, qiymətləndirmə meyarı kimi planetin küt­ləsini, temperaturunu, sıxlığını, yaşını, eləcə də ona kosmik ekspedisiya­ların enmə imkanlarını seçib. Nəticə olduqca maraqlı olub. Laflinin hesablamalarına görə, planet Yerə nə qədər oxşardırsa, onun dəyəri də bir o qədər yüksəkdir. Məsələn, Yerin qiyməti, təxminən, 5 trilyon dollardır. 

Mars isə Veneradan daha bahadır. Yeri gəlmişkən, Marsda əvvəllər insanların yaşadığı və yalnız bundan sonra Yerə köçməsi ilə bağlı fərziyyələr mövcuddur. Bu amil “Qırmızı” planetin dəyərini artırır. Laflinə görə tərkibində karbon kristalları olan və hətta ekspe­disiyaya enmə ehtimalı belə olmayan planetlərin praktiki olaraq heç bir dəyəri yoxdur.

P.ƏFƏNDİ
XQ

Dünya