Zoğal – yoluxmanın qarşısını al!

post-img

Alimlərin araşdırmaları nəticə­sində zoğalın tərkibindəki C vitamini sayəsində xərçəng hüceyrələrinin 4 saat ərzində məhv edildiyi aşkarla­nıb. Zoğalla bağlı son tədqiqatların nəticələri elm aləmində böyük maraq doğurub.

Belə ki, zoğal antioksidantları, iltihab əleyhinə və antibakterial xüsusiyyətləri ilə tanınsa da, son araşdırma bu meyvə­nin xərçənglə mübarizədə təsirli olduğu­nu sübut edib.

Kornell Universitetində aparılan araş­dırmada zoğal ekstraktlarının süd vəzi xərçəngi hüceyrələrinə təsiri araşdırılıb və nəticələr təəccüblü olub. Xərçəng hü­ceyrələrinin əksəriyyətinin cəmi 4 saat ərzində yox olduğu müşahidə edilib. 

Zoğalın faydaları çoxdur. O, zəngin antioksidant mənbəyidir. Tərkibindəki C, A vitaminləri və digər antioksidantlarla orqanizmi qoruyur. Zoğalın əsasını təşkil edən vitaminlər və antioksidantlar, həm də immunitet sistemini gücləndirir. 

Zoğal qan təzyiqini aşağı salır, xoles­terin səviyyəsini tarazlaşdırır və ürək-da­mar sağlamlığını dəstəkləyir. Meyvə sidik yolu infeksiyalarının qarşısını alır, bədəndə iltihabı azaldır. Liflə zəngin ol­duğu üçün həzm sisteminin sağlamlığını da dəstəkləyir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat