Qubada STEAM sərgisi

post-img

Qubada keçirilən “Region məktəblilərinin STEAM sərgisi”ndə 31 məktəbdən 36 komanda iştirak edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan sərgi Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbdə təşkil edilib.

Məqsəd bu sahə ilə maraqlanan şagirdlərin və müəllimlərin bir araya gətirilməsi, onların bir-birlərinin bacarıqları ilə tanış olması və qarşılıqlı bilgi mübadiləsi üçün əlverişli mühitin yaradılmasından ibarətdir. 

Qeyd edək ki, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulan STEAM Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə 2019–2020-ci tədris ilindən start götürüb.

XQ

Son xəbərlər