Rusiyada prezidentliyə namizədlərin sayı 30-a çatıb

post-img

Rusiyada 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyənlərin sayı 30 nəfərə yüksəlib. Bunu TASS-a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova deyib: “Təbii ki, kampaniya rəqabətli olacaq, çünki birdən çox namizəd var. Hər halda, indi namizəd olmaq üçün artıq 30-dan çox ərizəçi var”.

Prezidentliyə namizədlər artıq görüşlər, qurultaylar və tədbirlər keçirirlər. Eyni zamanda, MSK-nın rəhbərinin sözlərinə görə, seçkilərdə rəqabətin dərəcəsi namizədlərin sayından deyil, onların keyfiyyətindən çox asılıdır. Rusiya tarixində ilk dəfə olaraq 2024-cü ildə prezident seçkiləri üç gün ərzində – martın 15-dən 17-dək keçiriləcək. MSK hərbi vəziyyət şəraitində olan yeni rayonlarda səsverməyə icazə verib.

P.ƏFƏNDİ 
XQ

 

Dünya