Ukrayna ordusu geri çəkilir

post-img

Ukrayna Silahlı Qüvvələri ağır günlərini yaşayır. Hakimiyyət orqanları ölkədə pilotsuz uçuş aparatlarının istehsalını təşkil etmək üçün yol tapmasa, geri çəkilməyə məcbur olacaq. 

Bunu Ukrayna Aerokəşfiyyatına Dəstək Mərkəzinin rəhbəri Mariya Berlinskaya “Ukrayinska Pravda” nəşrinin “YouTube” kanalında bildirib. O deyib: “Bizim texnikamızın böyük payı Rusiyanın hücum pilotsuz təyyarələri tərəfindən məhv edilir. İndi bir neçə addım irəlini düşünməyə başlamasaq, sadəcə olaraq geri çəkilməyə məcbur olacağıq, bu, fakt­dır”.

Onun sözlərinə görə, döyüş meydanında “oyun qaydalarını dəyişən” dronlardır, lakin Ukrayna hakimiyyəti buna texnoloji cəhətdən hazır deyil.

Qeyd edk ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da keçirdiyi mətbuat konfransında 2024-cü ildə ölkədə bir milyon pilotsuz aparat istehsal etməyi planlaşdırdığını açıqlayıb. Berlinskaya  bununla bağlı qeyd edib ki, söhbət yalnız “ən sadə dronlarından” gedir.

P.ƏFƏNDİ 
XQ 

 

Dünya