“Votsap”da birdəfəlik mesaj

post-img

“Votsap” mesencerində istifadəçilərə dinlənildikdən sonra “söhbətdən silinəcək” səsli mesajlar göndərməyə imkan verən funksiya istifadəyə verilib.

Bu barədə “Meta” korporasiyası məlumat yayıb.

“İndi siz dinlədikdən sonra yox olacaq səsli mesajlar göndərə bilərsiniz”, - deyə “Meta” saytında məlumat verilib.

Qeyd olunur ki, sözügedən oxuma funksiyası olan səsli mesajlar “birdəfəlik” işarəsi ilə işarələnib və yalnız bir dəfə oxuna bilər.

FİDAN 
XQ

 

Dünya