“Samsung”un yeni smartfonu

post-img

KİV xəbər verir ki, “Samsung Galaxy S24 Ultra” smartfonu titan korpuslu və yeni kamera ilə istehsal olunacaq. Belə ki, seriyanın ən bahalı modelində 50 meqapiksel təsvir ölçüsünə və beşqat optik “zoom”a malik yenilənmiş telefoto obyektiv, yeni soyutma sistemi və Wi-Fi 7 rabitə standartı dəstəyi olacaq.

O da qeyd edilib ki, “Galaxy S24 Ultra”nın “Galaxy S23 Ultra”dan ciddi şəkildə fərqlənməyəcəyi bildirilir. Beləliklə, yeni flaqman hələ də “Quad HD” təsvir ölçülü və 120 hers tezliyə malik 6,8 düymlük displey, 12 giqabayt operativ yaddaş və 5 min milliamper-saat tutumlu akkumulyatora malik olacaq.

Bununla yanaşı, ABŞ-da seriyanın bütün modelləri – “S24”, “S24 Plus” və “S24 Ultra” – “Smart Transit” funksiyası ilə “Qualcomm”dan modem alacaq. Qurğu süni intellekti dəstəkləyəcək. 

Ayan SƏMƏDQIZI, 
tələbə-jurnalist

 

Dünya