Ermənistan Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan dəstəni zərərsizləşdirib.
Erməni mediası xəbər verir ki, bu barədə xidmətin mətbuat şöbəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, dövlət qurumlarının işinə müdaxilə etmək istəyən “Şimal Listopad” adlı qrupun beş nəfərdən çox üzvü olub.
Qruplaşmadan odlu silah, döyüş sursatı, məşəl atıcısı və pilotsuz təyyarə aşkar edilib.
Rizvan FİKRƏTOĞLU
XQ