Şoyqu: Qərb Ukrayna müharibəsini Asiya-Sakit okean regionuna yaymaq istəyir

post-img

Çinin paytaxtı Pekində 10-cu Syanşan Təhlükəsizlik Forumu keçirilib. Forumda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbə qarşı fikirlər  səsləndirib.

Lenta.ru xəbər verir ki, Rusiya müdafiə naziri Qərbi Ukrayna müharibəsini Asiya-Sakit okean regionuna yaymaqda ittiham edib.

Şoyqu NATO-nun bölgədə təşkil etdiyi hərbi təlimlərin sıxlığının və həcminin artdığını bəyan edib.

O bildirib ki, Qərb Asiya-Sakit okean regionunda silahlanma yarışındadır: ABŞ Çin və Rusiyanın qarşısını almaq üçün Yaponiya və Cənubi Koreya ilə raket buraxılışları ilə bağlı məlumat paylaşıb.

Nazir iddia edib ki, Vaşinqton iqlim böhranı və təbii fəlakətlərdən humanitar müdaxilə üçün bəhanə kimi istifadə edir.

Anar ƏLİ
XQ

Dünya