Yaxın Şərqdə münaqişə kəskinləşəndən bəri 22 jurnalist həlak olub

post-img

İyirmidən çox jurnalist Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin qurbanı olub.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Media işçiləri Qəzza zolağında İsrailin hava hücumları və elektrik enerjisinin kəsilməsi fonunda münaqişəni işıqlandırarkən xüsusilə yüksək risklərlə üzləşirlər”, - təşkilatın məlumatında belə deyilir.

Komitə bildirib ki, həlak olan 22 jurnalistdən 18-i fələstinli, 3-ü israilli, biri isə livanlıdır. Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbs olunub.

 

Dünya