Müdafiə Nazirliyinin fəaliyyət planına uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə keçirilən görüşlər davam edir.
Nazirlikdən XQ-ə verilən məlumata görə, olana əsasən Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub, tələbələrlə görüş keçirib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tələbələrlə keçirilən görüşdə ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışılıb, onları maraqlandıran suallar cavablandırılıb.
BDU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə olunub.