Ağ Ev: Ukraynaya ötürülən ATACMS raketlərinin hədəf məsafəsi 165 kilometrdir

post-img

ABŞ-ın az sayda Kiyevə ötürdüyü ATACMS taktiki raketlərinin uçuş məsafəsi 165 km-dir. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Vatson bildirib. Onun sözlərinə görə, bu məsafə optimaldır və Ukrayna hərbçilərinə hücum əməliyyatlarını daha effektiv keçirməyə kömək etməlidir.

“Mən rəsmi şəkildə təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar həqiqətən də Ukraynaya ordusunun ehtiyacları üçün ATACMS raketləri verib. Bu raketlərin uçuş məsafəsi 165 km-ə qədərdir. Biz inanırıq ki, bu, bizim döyüş hazırlığımızı riskə atmadan Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə artırmalıdır”, - deyə xanım Uotson vurğulayıb. O, ATACMS təchizatının Ukrayna ordusunun hazırda apardığı əks-hücuma necə təsir edə biləcəyini dəqiqləşdirməyib.

“The Wall Street Journal”ın yazdığına görə, Ukrayna silahlı qüvvələri oktyabrın 17-nə keçən gecə Zaporojye vilayətindəki Berdyansk aerodromunda və Luqanskda rus hərbçilərinə hücum etmək üçün ATACMS raketlərindən istifadə edib. Rusiya Federasiya Şurasının üzvü Dmitri Roqozin Zaporojye Berdyanskda ATACMS elementlərinin tapıldığını təsdiqləyib. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ordusu həqiqətən də ABŞ-dan Kiyevə verilən yeni uzaqmənzilli raketlərdən döyüş meydanında ilk dəfə istifadə edib.

S.ELAY

XQ

Dünya