Səmərqənddə turizm çağırışları

post-img

Səmərqənddə BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) 25-ci yubiley sessiyası öz işinə başlayıb. Tədbirdə dünyanın 130 ölkəsinin dövlət turizm təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, turizm biznesinin təmsilçiləri, bu sahənin ekspertləri iştirak edir. 

Ölkəmizi Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Na­ğıyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək yubiley sessiyasının iştirak­çılarını təbrik edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı ölkədə bu sahədə görülən işlər, turizm sahə­sində aparılan islahatlar haqqında məlumat verib.

Sonra BMT-nin Baş katibi Anto­nio Qutterişin sessiya iştirakçılarına videomüraciəti səsləndirilib. 

ÜTT-nun baş katibi Zurab Polo­likaşvili təşkilatın işi ilə bağlı geniş məruzə edib, 25-ci yubiley sessiya­sının qədim Səmərqənd şəhərində keçirilməsindən məmnun olduğunu bildirib. O deyib ki, indiki sessiyada turizm sahəsində beynəlxalq əmək­daşlıq məsələləri də müzakirə edilə­cək. 

Qeyd edək ki, sessiya çərçivə­sində investisiya və tədris forumları keçiriləcək, ən yaxşı “turizm kən­di” müəyyənləşdiriləcək. Sessiya çərçivəsində tədbirlər oktyabrın 20-dək davam edəcək. 

 

Qulu KƏNGƏRLİ
XQ-nin xüsusi müxbiri

Səmərqənd

Dünya