Tənha, uzaq ada…

post-img

Atlantik okeanının cənubunda yerləşən “Tristan da Kunya” adası “Pasxa”dan sonra sivilizasiyadan uzaq ikinci ada hesab olunur. 

Adanın sahəsi 207 kvadrat kilo­metr təşkil edir. Əhalisinin sayi 300 nəfərdir. Sakinlərin bir qismi Edinburq qəsəbəsində yaşayir. 

Qəribə olan budur ki, adada mək­təb, kiçik xəstəxana, ərzaq mağaza­sı, poçt şöbəsi, radiostansiya, kafe, üzgüçülük hovuzu, internet kafe və iki kilsə fəaliyyət göstərir. Həmçinin qəza, tibbi yardim və yanğınsöndür­mə maşınları da əraziyə cəlb olunub.

Təkcə bir polisin nəzarət etdiyi adada kiçik liman da mövcuddur. 

Bura səs-küylü şəhər həyatından bezənlər və tənhalığı xoşlayanlar üçün ideal məkandır.

Qeyd edək ki, Cənubi Afrika Res­publikasına yaxın ərazidə yerləşən bu ada Birləşmiş Krallığın himayəsində­dir.

S. FİDAN
XQ

Dünya