“Apple”in milad sürprizi

post-img

“Apple” şirkəti yeni mini “iPad”ı ilin sonuna qədər təqdim edəcək. 

Şirkətin yeni “iPad”ı əs­lində gələn il nümayiş et­dirəcəyi gözlənilirdi. Ancaq “Apple” öz istifadəçilərinə Milad sürprizi etmək qərarı­na gəlib. 

Məlumata görə, yeni yı­ğcam “iPad”də planşet üçün lazım olan bəzi komponent­lərin və ehtiyat hissələrinin tədarükü artıq kiçik həcmdə həyata keçirilir. Bu, “iPad mini 7”nin bu ilin dördüncü rübündə, yəni oktyabrdan dekabradək buraxılacağı bildirilir. 

Yeni “iPad”lərdə indiki “A15” əvəzinə daha yeni “A16” çipset veriləcək. Həmçi­nin RAM və batareyanın istifadə müddətində bir qədər artım ola­caq. Təqdim olacaq planşetlərdə yeni güclü M3 prosessoru və OLED displeyləri olacaq. 

XQ

Dünya