İordaniya Co Bayden və ərəb liderləri ilə sammiti ləğv etdi

post-img

İordaniya oktyabrın 18-də ölkənin paytaxtı Əmmanda ABŞ prezidenti Co Baydenin iştirakı ilə Qəzza zolağındakı vəziyyətlə bağlı dördtərəfli sammiti ləğv edib. Bu barədə krallığın xarici işlər naziri Ayman əs-Səfədi “Əl-Cəzirə”yə bildirib. Bundan sonra Amerikanın CNN telekanalı cənab Baydenin İordaniyaya səfərinin ləğv olunduğunu təsdiqləyib.

Cənab əl-Səfadi Əmmandakı sammitin ləğvi barədə qərarın Misir, ABŞ və Fələstinlə məsləhətləşmələrdən sonra verildiyini də vurğulayıb. Bütün bu dövlətlərin liderləri Qəzza zolağında vəziyyətin sülh yolu ilə nizamlanmasına həsr olunmuş iclasda iştirak etməli idilər. Bundan əvvəl Mahmud Abbasın rəhbərlik etdiyi Fələstinin Fəth hərəkatının nümayəndəsi Fələstin liderinin görüşdə iştirakdan imtina etdiyini bildirmişdi.

XQ

Dünya