Çinli hakerlər ABŞ Dövlət Departamentindən 60 min elektron məktub oğurlayıblar. Məlum olub ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları da daxil olmaqla ümumilikdə 25 təşkilat hədəf alınıb.
Oğurlanan məlumatların səyahət cədvəlləri, diplomatik danışıqlar olduğu və 10 sosial müdafiə nömrəsinin də ələ keçirildiyi bildirilib. Poçt hesablarının əksəriyyəti “Hind-Sakit Okean diplomatik əlaqələri” üzərində işləyən insanlara məxsus olub.
ABŞ Dövlət Departamenti yüz minlərlə sənədin qanun pozuntusunda istifadə ediləcəyindən narahatdır.
ƏFSANƏ
XQ