Yeni smart qolbaq

post-img

“Google” şirkəti tərəfindən hazırlanan yeni “Fitbit Charge 6” qolbaq 1.04 düym AMOLED ekranla təchiz olunub. Cihaz elektrokardioqram çəki reallaşdıra və qandakı oksigeni ölçə bilir. Üstəlik, smart qolbaq 40 idman rejimini dəstəkləyir. 

“Google” sözügedən smart qolba­ğa “Google maps”, “Google wallet” və hətta “Youtube music” dəstəyini əlavə edib. Ancaq “Youtube music” dəstəyi­nin əlavə olunması dedikdə smartfon­da işə salınmış musiqinin qolbaq va­sitəsilə idarəsi nəzərdə tutulur. 

“Fitbit Charge 6” bir dəfə şarj olu­nandan sonra 7 gün çalışa bilir. 

“Google” artıq bu smart qolbaq üçün ön sifarişlərin qəbuluna start ve­rib. Satışlar payız fəslində başlayacaq. 

XQ

Dünya