Kosmosa doğru ilk uçuş

post-img

İki ingilis alimi 19-cu əsrdə az qala kosmosa uçacaqmış. Bu cəsur elm adamları atmosferin yuxarı hissəsində ölümdən möcüzəli şəkildə xilas olublar. 

Meteoroloq Ceyms Qleyşer və aeronavt Henri Koksuell elmi məqsədlər üçün hava şarında mak­simum hündürlüyə qalxıblar. Onlar yer üzündə meteoroloji vəziyyətə hansı atmosfer amillərinin təsir et­diyini öyrənəcəkmişlər. Təxminən, 9 min metr hündürlükdə Qleyşer huşu­nu itirib. Koksuell də özünü pis hiss etdiyinə görə, böyük çətinliklə hid­rogenin bir hissəsini buraxmaq və balonu yerə endirmək üçün manevr klapanını açıb. Ən ağır vəziyyətdə ikən tale onlardan mərhəmətini əsir­gəməyib və möcüzəli şəkildə ölüm­dən qaça biliblər. Əks-təqdirdə şar bu cəsur insanları qaçılmaz ölümün gözlədiyi atmosferdən kənara apa­racaqmış. 

Güman edilir ki, aeronavtların səhhətinin pisləşməsinə soyuq və oksigen çatışmazlığı səbəb olub. O da ola bilər ki, onlar dekompressi­yadan (çox tez suyun səthinə qalx­dıqları halda dalğıclarda baş verən dekompressiya xəstəliyi) əziyyət çə­kiblər. 

Bu hadisə aviasiya tarixinə ən təhlükəli uçuşlardan biri, insanın kos­mosa ilk qalxma cəhdi kimi daxil olub. Ceyms Qleyşer 5 sentyabr 1862-ci ildə olmuş bu eksperimentdən sonra 21 uçuş da edərək hava hadisələri­nin öyrənilməsində əsas rol oynayan müşahidələr aparıb. O, yağış damcı­larının necə əmələ gəldiyini, küləyin sürətinin nəyə görə dəyişdiyini öyrə­nib. 

L.QURBANOVA
XQ

Dünya