Rusiya Ukraynaya qarşı Şimali Koreya silahlarından istifadə edə bilər

post-img

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər müddətini uzadıb. Siyasi ekspertlər səfərin gözlənilmədən uzadılmasını Kim Çen Inın Vladimir Putinlə silah müqaviləsi bağlaması kimi şərh edirlər. Bununla bağlı xarici KİV-də çoxsaylı materiallar dərc olunub.

ABŞ rəsmiləri də bəyan ediblər ki, Moskva Ukraynaya qarşı müharibədə Şimali Koreyanın silahlarından istifadə etmək arzusundadır və bu, BMT-nin qətnamələrini pozacaq.

ABŞ, həmçinin, xəbərdarlıq edib ki, Şimali Koreya Rusiyaya silah verərsə, “hərəkət etməkdən çəkinməyəcək”.

Məsələnin fonunda Şimali Koreya lideri Kim Çen In Ukraynanın "Mirotvorets" (myrotvorets.center) bazasındakı siyahıya daxil edilib. Şimali Koreya lideri nüvə şantajı, qeyri-qanuni raket və nüvə proqramlarının həyata keçirilməsi, kibercinayətlərdə ittiham olunur.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya