ABŞ Kiyevə növbəti hərbi yardımını göstərə bilər

post-img

Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Vaşinqtonun Kiyevə hərbi yardımları davam edir. Məlumatı “İnterfaks.ru” verib. 

Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə CNN telekanalına müsahibəsində bildirib ki, yardımların fonunda o, ATACMS ballistik raket sistemlərinin tədarükü ilə bağlı ABŞ Prezidenti Co Baydenlə növbəti dəfə danışmağı planlaşdırır: "Onun (ABŞ prezidentinin- red.) fikirləri və dəstəyi mənim üçün çox vacibdir".

Bir müddət sonra Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ Prezidenti Ukraynaya uzaqmənzilli raketlər göndərmək barədə qərar verməyə yaxındır: "Tezliklə qərar verilə bilər”.

Ukrayna rəsmiləri və hərbi analitiklər qeyd ediblər ki, ABŞ-ın Kiyevə ATACMS göndərilməsinə razılıq verəcəyinə əmindirlər.

Rizvan FİKRƏTOĞLU,
XQ

Dünya