Türkiyədə turist velosiped yolları

post-img

Türkiyədəki qısa və uzun məsafəli velosiped yolları ölkənin təbii gözəllikləri, tarixi, mədəniyyəti və mətbəxilə yaxından tanış olmaq üçün əlverişli imkanlar yaradır. Milli və beynəlxalq ekoetiketləri özündə əks etdirən marşrutlara düşərgə və çadır sahələri, təhlükəsiz saxlama yerlərində velosipedlərin təmizlənməsi və təmiri xidmətlərini göstərən “velosiped dostu” adlı otellər daxildir.

Türkiyənin uzun məsafəli velosiped marşrutlarından biri də Berqamadan Efesə gedən “UNESCO marşrutu”dur. Antik Perqamon Şəhəri İzmirin Dikili Li­manından Türkiyəyə daxil olan bu marşrutun 45-ci kilometrindəki ilk dayanacaq hesab olunur. Marşrut İzmirin Quş Cənnə­ti, Karşıyaka, Alsancak, Seferihisar, Sığa­cık, Urla və Alaçatı kimi gözəl yerlərindən keçərək UNESCO-nun Ümumdünya Mə­dəni İrsi siyahısına daxil olan antik Efes şəhərində sona çatır.

İstanbula qədər uzanan “Trakya mar­şrutu”u isə bu məkanın təbii gözəllikləri, dadlı təamları, üzüm bağları, əfsanəvi şərabları və mehriban insanları ilə seçilən Ədirnədən başlayır. Osmanlı İmpera­torluğunun ikinci paytaxtı olan bu şəhər, karvansaralar, hamamlar, körpülər və sa­raylar kimi tarixi tikililərlə məşhurdur və Trakya bölgəsinin mərkəzi sayılır. 

S. FİDAN

Dünya