Ukrayna qoşunları Rusiya müdafiəsinin birinci xətti ilə döyüşə girdi

post-img

"CBS News" ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Ukrayna silahlı qüvvələri Zaporojye vilayətinin Tokmak şəhərinə hücum zamanı minalanmış sahəni yarıb və uğur qazanıb.

ABŞ rəsmisi daha əvvəl bildirmişdi ki, ukraynalılar Tokmokun şimal müdafiəsibi yarıblar və indi şəhərdə olan Rusiyanın birinci müdafiə xəttinə daxil olurlar.

Bildirilir ki, Tokmokun azad edilməsi və Melitopol istiqamətində daha da irəliləyiş bu yayın əvvəlindən tədricən irəliləyiş əldə edən Ukrayna əks-hücum əməliyyatı üçün çətin məsələ olacaq.

Qeyd olunur ki, Ukrayna əks-hücumunun məqsədlərindən biri Rusiyanın ələ keçirdiyi Krıma keçid qapısı olan Melitopolu geri qaytarmaq üçün güclü rus istehkamları vasitəsilə cənuba doğru irəliləməkdir.

"Xalq qəzeti"

Dünya