“iPhone 14” – günün telefonu

post-img

“iPhone 14” “Apple”ın Pro modellərini geridə qoyaraq,  2023-cü ilin ikinci rübündə ən çox satılan telefon olub. “Wccftech” bu məlumatı “Display Supply Chain Consultants”ın statistikasına istinadən xəbər verir.

2023-cü ilin 2-ci kvartalının satış hesabatına əsasən daha ucuz “iPhone 14” ,əslində, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”dan daha çox satılıb, dünyada ən yüksək göstərici əldə edib. Göstərilən dövrdə “iPhone 14” dünyada satılan  OLED ekranlı cihazların 15,2 faizini təşkil edib. Buna görə də onu ən populyar smartfon adlandırıblar. 

2023-cü ilin ikinci kvartalında  satışlarda ikinci yerdə “iPhone 13” qərarlaşıb - 11,1 faiz. Ondan sonra “iPhone 14 Pro Max” (10,7 faiz) və “iPhone 14 Pro” (9,2 faiz) gəlir. Satışlarda ilk beşliyi “Samsung S23 Ultra” (5,2 faiz) tamamlayıb.

Zülfiyyə QURBANƏLİQIZI, 
“Xalq qəzeti”

 

Dünya