“Bosniyalı Barbilər”

post-img

Bosniyalı gənc qız Barbi kuklaları üçün xüsusi mürəkkəb baş geyimləri və bəzəkli önlüklərdən ibarət ənənəvi Balkan geyimləri hazırlayır. Onun məqsədi bu yaxınlarda nümayiş etdirilən “Barbie” filminin dünyada məşhurlaşmasından istifadə edərək, Balkan incəsənətinin bir növü olan kukla sənətinə marağı artırmaqdır.

Sarayevodan olan 11 yaşlı Esma Gljiva bu sənətlə bir ay bundan əvvəl suvenir dükanında keyfiyyətsiz hazırlanmış kuklalar gördükdən sonra məşğul olmağa başlayıb. 

Esma kolleksiyasından yeni kuklaları göstərərək deyib: “Mağazada gördüyüm kuklalar əsl kukla deyildilər, əksəriyyəti milli geyim geyindirilmiş plastik kuklalar idi. Bu kuklalar,  ümumiyyətlə, düzgün və səliqəli geyindirilməmişdilər. Mən isə daha yaxşısını etməyə çalışdım və düşünürəm ki, bunu bacardım”.

Rəqqas ailəsində böyüyən Esma ənənəvi müsəlman, xristian, pravoslav və katolik kostyumlarında gəlinciklər düzəldir. Onlara “Bosniyalı Barbilər” adını verəcəyini deyən Esma rəqqas  Ken üçün də kostyumlar hazırlamağı planlaşdırır.

O, kuklaları üçün gündəlik sifarişlər alır və onları Bolqarıstan, Çexiya, Türkmənistan, Norveç, İngiltərə və digər ölkələrə göndərir.

F. HÜQUQQIZI, 
“Xalq qəzeti”

 

Dünya