Lalə – müharibə qurbanlarını anım çiçəyi

post-img

Böyük Britaniyada ənənəyə görə, lalə çiçəyi I və II Dünya müharibələri, Folklend və Körfəz müharibəsi zamanı həlak olanların xatirəsini yad etmək üçün “Anım günü” adlı bayram zamanı paltarın yaxasında gəzdirilir.

Qırmızı lalə I Dünya müharibəsi zamanı minlərlə əsgərin canından keçdiyi Flandriya çöllərində bitən lalələri təcəssüm etdirir. Bayram günü gəzdirilən kağızdan düzəldilmiş lalələr isə müharibə iştirakçıları – Britaniya Kral legionunun tərxis olunmuş üzvləri tərəfindən satılır. 

Lalədən hörülmüş çələnglər isə 
I Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış müharibə abidəsinin önünə qoyulur. 

S. Fidan, “Xalq qəzeti”

 

Dünya