Britaniya muzeyi talan edilib

post-img

Dünyaca məşhur Britaniya Muzeyinin kolleksiyasından, təxminən, 65 min dollar dəyərində Qədim Roma dövrünə aid zinət əşyaları və artefaktlar oğurlanaraq “eBay”da 50 dollara satılıb.

COVID-19 pandemiyasına qədər 6 milyon insanın ziyarət etdiyi muzeydə hər il, təxminən, 15-19-cu əsrlərə aid qızıl-zinət əşyaları, qiymətli daşlar itib. Araşdırmalar nəticəsində 30 ildir muzeydə çalışmış 56 yaşlı Piter Hiqqs işdən çıxarılıb. Hesablamalara görə, muzeyə dəymiş ziyanın məbləği 102 milyon dollardır. 

Qədim dövrlərə aid kolleksiya üzrə mütəxəssislər muzeydəki əşyaların oğurlanması barədə hər il xəbərdarlıq etsələr də, heç kim buna əhəmiyyət verməyib. 

Qeyd  edək ki, oğurlanmış zinət əşyaları və artefaktlar elmi məqsədlər üçün istifadə olunub və son illər nümayiş etdirilməyib.

F. SALMANOVA, 
“Xalq qəzeti”

 

Dünya